Kerri: İlk işimiz bu sazişə qayıtmaq olacaq

Növbəti administrasiya iqlim dəyişikliyi ilə bağlı yeni beynəlxalq razılaşmalara imza atacaq.

Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş dövlət katibi, Bayden administrasiyasında yenicə yer almış Con Kerri deyib.

“Bu böhrana son qoymaq üçün bütün dünya birləşməlidir. Elə ilk gündə Paris sazişinə qayıtma niyyətimizdə haqlıyıq. Həmçinin siz də haqlısınız ki, bir Paris müqaviləsi yetərli deyil. Növbəti il Qlazqoda baş tutacaq qlobal görüşdə bütün dünya ölkələri öz ambisiyalarını nümayiş etdirməlidir. Əks halda, biz hamımız uduzacağıq. Məğlub olmaq – variant deyil”, – deyə Kerri bildirib.

Qeyd edək ki, Bayden iqlim məsələləri üzrə müşavir vəzifəsinə keçmiş dövlət katibi Con Kerrini təyin edib.

Facebook Comments