Keremcem 5 ildən sonra səhnəyə qayıdır

Türkiyəli müğənni Keremcem “Gitmişsin çoktan” adlı sinqlı ilə 5 ildən sonra səhnəyə geri qayıtmağa hazırlaşır.

Sozcu.az axşam.az-a istinadən bildirir ki, müğənni tezliklə pərəstişkarlarını sevindirəcəyini bildirib:

“5 il aradan sonra yeni mahnımı təqdim edəcəyəm. Əslində bu illər əvvəl yazılan mahnıdır, sadəcə vaxt azlığından yubadırdım. Serial və film çəkilişlərinə görə səhnədən uzaq düşdüm. Yubatdığım üçün musiqidən üzr istəyirəm. Bu sənət üçün çox darıxmışam”.

Facebook Comments