Kərəc, Urmiya və Şirvan şəhərlərində daha 3 məhkum edam edilib

İranda qətldə günahlandırılan daha 3 məhkum edam edilib. Ölüm hökmləri Kərəc, Urmiya və Şirvan şəhərlərində icra edilib.

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, bundan əvvəl oğurluq üstündə tutulan və həbsdə saxlandığı zaman iki nfiri qətlə yetirdiyini etiraf edən 32 yaşlı Həmid adlı məhkum, bir həftə əvvək Kərəcin Rəcayişəhr zindanında edam edilib.

Fevralın 29-da qətl ittihamı ilə bir məhkum da Şimali Xorasan əyalətinin Şirvan şəhərinin həbsxanasında dara çəkilib. Məhkum Əhməd Mahroxi, üç il əvvəl naməlum səbəbə görə törətdiyi qətlə görə edam edilib.

Martın 1-i sübh saatlarında daha bir ölüm hökmü Urmiya zindanında yerinə yetirilib. Dar ağacından asılan Bukan şəhər sakini, məhkum Əmir Məhəmmədpur bir neçə vaxt əvvəl naməlum səbəbə görə qətl törətdiyinə görə edam edilib.

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

Sozcu.az

Facebook Comments