Kəramətin atası: “Türmə də vətəndir, oğlum, vətəni sev. Yolun açıq olsun!”

Yazıçı Kəramət Böyükçölün atası Qəşəm Nəcəfzadə baş verənlərə münasibət bildirib.

Sozcu.az-ın xəbərinə görə, Q.Nəcəfzadə təəssüfləndiyini qeyd edib

“Nə deyim… Oğlum, sənin üçün hər şey etdim. Amma qoruya bilmədim. Axırıncı zəngində mənə dedin ki, ata, ölümümü yüngül qarşıla. Buna hansı ata dözər? Sonra həbs olundun. Sağlamlığın və təhlükəsizliyin üçün bəlkə də, bunda da bir xeyir var. Türmə də vətəndir, oğlum, vətəni sev. Yolun açıq olsun!” – o bildirib.

Facebook Comments