Kəlbəcərin kəndində ermənilər üçün 24 yeni ev tikildi…-FOTO

İnzibati-hüquqi cəhətdən Azərbaycanın Kəlbəcər rayonuna aid olan Kolatağ kəndində Milli Ordumuzun müzəffər savaşından sonra işğaldan azad olunmuş digər ərazilərimizdən köçmüş erməni ailələri üçün yeni evlər tikilməyə başlanıb.

Moderator.az xəbər verir ki, bu haqda məlumat sosial şəbəkələrin erməni seqmentində yayılıb.

Məlumata görə, erməni “xeyriyyəçi” Ayk Maqakelyanın maliyyə dəstəyi sayəsində Kolatağda 24 yeni ev tikilib. 15-20 gündən sonra evlər erməni ailələrinə təhvil veriləcək.

Xatırladaq ki, 1992-ci ilədək Ağdərə rayonuna daxil olmuş Kolatağ kəndi Qırxqız dağ silsiləsindən axıb Xaçınçay çayına tökülən eyniadlı çayın sol sahilində, Xocalı rayonu ərazisindəki 1706 metr dağ yüksəkliyindən 3 km məsafədə yerləşir. Kənd 1993-cü ilin yayında Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.

P.S….

Sultan Laçın

Facebook Comments