Kəlbəcərin Çərəkdar kəndi separatçı erməni xuntasının nəzarətində qalır?..-FOTOLAR+VİDEO

Ermənilər özlərinin yandırıb çıxdıqları bir sıra kəndlərə yenidən qayıdırlar?..

Azərbaycan Respublikasının rəsmi inzibati xəritəsinə əsasən Kəlbəcər rayonuna daxil olan, 1993-cü il işğalından sonra “Çarektar” adlandırılmış Çərəkdar və Tərtər rayonuna daxil olan, “Aknaberd” adlandırılmış Umudlu kəndlərinin Qarabağdakı qondarma separatçı-xuntanın nəzarəti altlnda qalması barədə informasiyalar yayılıb.

Moderator.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, Kəlbəcər rayonunun Azərbaycana təhvil verilməsi ilə bağlı qərar verildikdən sonra ermənilər sözügedən kəndlərin də əldən çıxacağını zənn edərək evlərini yandırıb oranı tərk ediblər. Lakin sonradan kəndinin rəhbəri Kamo Tsakanyan deyib ki, sözügedən kənd və Umudlu kəndi ermənilərin nəzarətində qalacaq. Kənd sakinləri bundan son anda xəbər tutublar və şoka düşüblər…
“Çarektar kəndinin sakinlərinin çoxu evləri yandıraraq buradan çıxıblar. Onların geri qayidacağı, yoxsa burada hərbi bazanın yerləşdiriləcəyi hələlik bəlli deyil”, – deyə Tsakanyan bəyan edib.

Xatırladaq ki, Çərəkdar və Umudlu kəndləri sovet dövründə Ağdərə rayonunun tərkibində olub və bu kəndlərdə azərbaycanlılar yaşayıb. 1992-ci ildə Ağdərə rayonu ləğv edildikdən sonra həmin kəndlər Kəlbəcərin (ermənilər Kəlbəcəri işğal etdikdən sonra ayrıca “Şaumyan rayonu” da yaradıblar) və Tərtərin tərkibinə verilib. Odur ki, ermənilər düşünüb ki, Kəlbəcər Azərbaycana qaytarılırsa, deməli, Çərəkdarı da tərk etməlidirlər.

Lakin bir gün sonra bəlli olub ki, yaşayış məskənlərinin təhvil verilməsi prosesi SSRİ-nin inzibati-ərazi bölgüsünə əsasən aparılır. Ona görə də Çərəkdar və Umudlunun adı Azərbaycana təhvil veriləcək yaşayış məskənlərinin siyahısına salınmayıb…
Əgər bu informasiya doğrudursa, belə çıxır ki, Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli 327 nömrəli Qərarına əsasən ləğv edilmiş Ağdərə rayonunun Ağdam rayonunun tərkibinə qatılmış Xatınbəyli, Qazançı, Manikli, Baş Güneytəpə, Orta Güneytəpə, Sırxavənd, Yeni Qaralar, Kiçan kəndləri və onlara məxsus torpaq sahələri, Kəlbəcər rayonuna qatılmış Çərəktar, Qozlu, Kotavan, Yuxarı Oratağ, Qızılqaya, Yayıcı, Dəvədaşı, Drmbon (Heyvalı), Çıldıran, Mehmana, Dovşanlı, Həyat, Bazarkənd, Şahmansurlu, Vəngli, Çormanlı, İmarət Qərvənd, Zardaxaç, Çapar, Həsənriz, Narınclar, Damğalı, Kolatağ kəndləri və Tərtər rayonuna verilmiş Ağdərə şəhəri, Umudlu, Zəylik, Ulu Qarabəy, Kiçik Qarabəy, Ağabəyyalı, Çardaqlı, Lüləsaz, Miqrelalay, Aşağı Oratağ, Qasapet, Canyataq, Dəmirli, Gülyataq, Seysulan(Talış, Suqovuşan və Çaylı son 44 günlük savaşda ordumuz tərəfindən azad edilib) kəndləri və onlara məxsus torpaq sahələri hələlik separatçı-terrorçu erməni xuntasının nəzarətində qalır…

P.S…

Facebook Comments