“Kəlbəcərə Qayıdış” İctimai Birliyi müharibə tələbi ilə parlamentə müraciət etdi

Azərbaycan Respublikasın Milli Məclisinə “Kəlbəcərə Qayıdış” İctimai Birliyinin üzvləri tərəfindən  M Ü R A C İ Ə T

Hörmətli Millət vəkilləri!

“Kəlbəcərə Qayıdış” İctimai Birliyi 2019-cu ildə bir qrup kəlbəcərli məcburi köçkün tərəfindən təsis edilib. İctimai Birliyinin fəaliyyət istiqamətləri, əsasən, vətənpərvərlik hisslərinin təbliği, Qarabağın unudulmaması üçün davamlı olaraq ideoloji təbliğatların aparılması, eyni zamanda erməni terrorunun xaqlımıza qarşı törətdiyi bəşəri cinayətləri ölkə ictimayətinə və birliyin imkanları daxilində beynəlxalq aləmə tanıtdırmaqdan ibarətdir. Bu istiqamətlərdə bir sıra vacib addımlar atılıb və bu gün də davam edir.

Hörmətli Millət vəkilləri!

Artıq 30 ilə yaxındır ki, Azərbaycanın tarixi torpaqları erməni terrorçuları tərəfindən işğal edilib. Böyük dövlətlər və beynəlxaql təşkilatlar bu illər ərzində dəfələrlə Azərbaycan dövlətini mənasız danışıqlara çəkməklə, işğal müddətini uzadaraq ermənilərə əl-qollarının açılması üçün geniş imkanlar yaradıblar. Hər kəsə gün kimi aydındır ki, bu günə qədər aparılan danışıqlar münaqişənin həlli istiqamətində heç bir müsbət sonluğa varmayıb. Bütün bunlar sadəcə siyasi protokol qaydalarından, səyahət xarakterli səfərlərdən, cəfəng bəyanatlardan başqa bir şey olmayıb.

Hörmətli Millət vəkilləri!

“Kəlbəcərə Qayıdış” İctimai Birliyi hesab edir ki, Qarabağ probleminin birdəfəlik və tezliklə həll edilməsi istiqamətində qəti addımlar atılmalı, Ali Baş Komandanın əmri ilə müharibə qərarı verilməli və dövlətimizin ərazi bütövlüyünü təmin etmək üçün beynəlxalq hüquq normaları ilə təsbit olunmuş haqlı savaşa başlanılmalıdır.

Azərbaycanın qanunverici orqanını təmsil edən Milli Məclisin deputatları olaraq hər birinizin üzərinizdə böyük və tarixi bir məsuliyyət var. Son vaxtlarda Ermənistan rəhbərliyinin sərsəm bəyanatlarına, hələ də cəsarətli və kəsərli diplomatik iradə sərgiləyə bilməyən Azərbaycanın Xarici İşlər Nazirliyinin yetərsiz cavabları olmadığı üçün parlament Qarabağla bağlı ciddi müzakirələrə başlamalı və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması haqda özünün tarixi qərarlarını verməlidir.

“Kəlbəcərə Qayıdış” İctimai Birliyi adından Milli Məclisin srəhbərliyindən və xalqın mantdat verdiyi üzvlərindən tələb edirik:

1. Milli Məclisdə Qarabağla bağlı geniş müzakirələrə başlanılsın;
2. Parlament Qarabağla bağlı nəticəsiz danışıqların dayandırımlası üçün qərar qəbul etsin;
3. Milli Məclisdə Qarabağ Komitəsi yaradılısın;
4. Yeni yaradılacaq komitədə Qarabağla bağlı ziyalıların, ictimaiyyət nümayəndələrinin təklif və tələblərinin müzakirə olunması təmin edilsin;
5. Parlamentdə media qurumlarının iştirakı ilə Qarabağ münaqişəsinin həlli istiqamətində ictimai dinləmələr keçirilisin.

Hörmətlə,
“Kəlbəcərə Qayıdış” İctimai Birliyinin üzvləri

Facebook Comments