Keçmiş prezident Zelenskini gözləyən təhlükədən danışdı

Köhnə hakimiyyətin nümayəndələri Vladimir Zelenskini gözdən salmağa çalışa bilər.

Sozcu.az xəbər verir ki, bu sözləri Ukraynanın birinci prezidenti Leonid Kravçuk deyib.

O, ölkənin yeni seçilən liderinin səbirli davranmalı olduğunu bildirib.

“Zelenski xalq tərəfindən seçilib. Mən şəxsən hesab edirəm ki, Zelenskinin ünvanına istənilən mənfi fikir Ukrayna xalqına hörmətsizlik və onun konstitusion səlahiyyətlərinin icrasına müqavimət göstərmək deməkdir”, – Kravçuk bildirib.(Axar.az)