Keçmiş arvadından şiddət görən aktyordan 50 milyonluq təzminat tələbi

Dünyaca məşhur aktyor Conni Depp keçmiş arvadı, aktrisa Ember Herdi məhkəməyə verib.

Sozcu.az xəbər verir ki, o evliliyi boyunca şiddət gördüyünü önə sürərək Emberden 50 milyon dollar istəyib.

Aktyor bildirib ki, bilinənin əksinə şiddətə məruz qalan o özü olub. Evliliklərindən bir ay sonra Ember ona şüşə ataraq barmağını yaralayıb.

Qeyd edək ki, məşhur cütlük 2015-ci ildə evlənib. Herdi aktyorun ona şiddət göstərdiyini önə sürərərk məhkəməyə müraciət edib. Onlar 2017-ci ildə boşanıblar.(Axşam.az)