Keçmiş arvadı Rafeti prokurorluğa şikayət edib

Türkiyəli model və aktrisa Tuğba Altıntop ötən günlərdə prokurorluğa müraciət edib.

Sozcu.az türk mətbuatına istinadən xəbər verir ki, o, keçmiş əri Rafet El Romandan şikayət edib.

Bildirilir ki, Rafet modellə birlikdə qurduqları “Rer Müzik Yapım” şirkətində onun imzasını kopyalayıb və saxtakarlıqla arvadının adından qərarlar alıb.

Tuğba söyləyir ki, El Roman bu barədə ona heç bir məlumat verməyib.

Prokurorluq isə Altıntopun şikayətindən sonra saxtakarlıq cinayəti ilə istintaq başladıb. Bir müddət sonra isə Tuğba şikayətini geri götürüb. O bildirib ki, artıq Rafetlə hər şeyi yoluna qoyub.

Qeyd edək ki, eks-cütlüyün bu evlilikdən iki qızı var.(Axşam.az)

Facebook Comments