“Karantinin yumşaldılması barədə danışmaq hələ tezdir” – Baş infeksionistdən AÇIQLAMA

Avqustun 5-dən sonra sərt karantin rejiminin yumşaldılması barədə indidən danışmaq tezdir.

Sozcu.az xəbər verir ki, bunu ölkənin baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, qarşıda hələ 8 gün var və hazırda belə proqnoz vermək olmaz.

“Yumşalma yoluxma halının sayı ilə bağlı olacaq. Əgər yoluxma hallarında kəskin aşağı düşmə olarsa, vəziyyət təhlil olunub, qərar verilə bilər”.

C.İsayev bildirib ki, gündəlik yoluxma sayı ikirəqəmli olarsa, artıq yumşalma barədə fikirləşmək olar.

“Operativ Qərargah tərəfindən bütün məlumatlar təhlil olunandan sonra qərar verilə bilər ki, nə yumşalsın, nə qalsın. Bugünkü sanitar-epidemioloji vəziyyət imkan verərsə, yumşaldılmaya gedilə bilər. Bu barədə hələlik danışmaq tezdir”.Azvision

Facebook Comments