“Karantin rejimində insanların evdə oturmasını təmin etmək üçün müəyyən işlər görülməlidir”

Adil Qeybulla: “Günəmuzd işləyən elə insanlar var ki, onlar məcburiyyət qarşısında bayıra çıxmağa məcbur olurlar”

Məlum olduğu kimi, ölkəmizdə karantin müddətinin uzadılması ilə yanaşı, onun coğrafiyası da genişləndirilib. Belə ki, əlavə olaraq 8 rayon və şəhərdə də karantin rejiminin tətbiqi həyata keçirilir ki, məqsəd pandemiyanın sürətlə yayılmasının qarşısını almaqdır.

Maraqlıdır, istər karantin müddətinin uzadılması, istərsə də bu rejimin digər şəhər və rayonlarda da tətbiqi koronavirusla mübarizədə öz müsbət nəticəsini verəcəkmi?

Moderator.az-a açıqlama verən professor Adil Qeybulla görülən tədbirlərin nəticə verəcəyinə inandığını vurğuladı:

“Karantin rejimi məcburi bir aktdır. Doğrudur, yay aylarında bu, xeyli dərəcədə çətindir. Sadəcə, karantin rejimində insanların evdə oturmasını təmin etmək üçün müəyyən işlər görülməlidir. Elə etmək lazımdır ki, insanlar minimal tələbatlarını təmin edə bilsinlər. Doğrudur, dövlət 190 manat vəsaitin ödənilməsi prosesinə başlanılıb. Lakin bununla yanaşı, bundan yararlana bilməyən insanların durumu da nəzərə alınmalıdır. Günəmuzd işləyən elə insanlar var ki, onlar məcburiyyət qarşısında bayıra çıxmağa məcbur olurlar.

Karantin rejimi istənilən halda müəyyən qədər effekt verəcək. Yayılma prosesinin qarşısını müəyyən qədər də olsa alacaq. Lakin biz karantin davranışlarına əməl etməyə daha çox diqqət yetirməliyik”.

Sozcu.az

Facebook Comments