Kanalizasiya suyunun içində yaşayan Maştağa sakinləri – VİDEO

Sabunçu rayonu, Maştağa qəsəbə sakinləri həyətlərinə yığılan çirkab sularından şikayət edirlər.

Sozcu.az xəbər verir ki, Maştağa qəsəbəsi, Nizami küçəsi 11 də yerləşən binanın həyətini çirkab suları basıb. Sakinlər mövcud problemlə bağlı uzun müddətdir heç bir qurumun maraqlanmadığını bildirirlər. Binaya girmək üçün yerə müxtəlif daşlar düzərək çətinliklə hərəkət edən vətəndaşlar yağışlı havalarda ümumiyyətlə evlərindən çıxa bilmədiklərini söyləyirlər. Problemlə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq. Anar Cəbrayıllı Yeniavaz.com-a açıqlamasında bildirdi ki, bəhs edilən ərazidə kanalizasiya xətti olmadığı üçün heç bir tədbir görə bilmədiklərini söylədi. Daha sonra Sabunçu rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da telefonlarımıza cavab verən olmadı.(Yeniavaz.com)

Facebook Comments