Kafedə dava: azərbaycanlı rusiyalı çempionu öldürdü

Rusiyanın Samara vilayəti üzrə cüdo çempionu Yevgeni Kuşnerin qətlində şübhəli bilinən azərbaycanlı həbs edilib.

Sozcu.az xəbər verir ki, 1988-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Tolyatti şəhərində ələ keçib.

Hadisə iyunun 25-də Tolyattidəki “Levşa” kafesində baş verib. Kafedə borc üstündə baş verən dava zamanı Kuşnerə kəsici alətlə bir neçə zərbə vurulub.

Hadisə yerinə gələn həkimlər onun həyatını xilas edə bilməyiblər.

Facebook Comments