Kabinetlərdən çıxın, küçələri tutun! – Saakaşvili

Gürcüstanda qələbə çox yaxındır.

Sozcu.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili paylaşıb.

“Hazırda enerjik fəaliyyətlər lazımdır. İndi dayanmamalıyıq. Hazırda irəliyə getmək və bir-birimizi qısqanmamaq gərəkdir.

İndi qapanmaq və bir-birimizə nəzarət etmək zamanı deyil, cəbhəni genişləndirmək zamanıdır. Kabinetlərdən çıxmalı və bütün küçələri tutmaq lazımdır. Xalq hiss etməlidir ki, biz İvanişvili kimi insanlardan öz məqsədlərimiz naminə istifadə etmirik”, – deyə o bildirib.

O, İvanişvilinin qeyri-rəsmi idarəçiliyi ləğv edilməyənə qədər ölkədə normal seçkilər keçirməyin mümkün olmayacağını deyib.

Saakaşvili İvanişviliyə qarşı ilk böyük dalğa yaranan kimi Gürcüstana qayıdacağını söyləyib.(Axar.az)