Kənan Aygünə nəyi qadağa edib?

“Kənan həmişə deyir ki, heç kimlə işin olmasın. Gücsüz, sevmədiyin müğənni ola bilər. Sənə söz atana belə cavab vermə”.
Sozcu.az xəbər verir ki, bu sözləri müğənni Aygün Mahmudova “Şou news”a açıqlamasında deyib. Rejissor Kənan M.M.-lə ailəli olan sənətçi ərinin ona qoyduğu qadağalardan danışıb. Aygün bildirib ki, Kənanın onu sənətdən uzaqlaşdırmasından qorxur:

“Kənanın sözünə daha çox qulaq asıram. Öz fikirlərimdən, hisslərimdən çox onu dinləyirəm. Kənan daha önəmlidir. Birdən dedi ki, oxumaq qurtardı, bitdi. Allah o günü göstərməsin. Onun düşündüyü kimi hərəkətlərimi davam etdirirəm”.

Aygün Türkiyəyə köçmək barədə suallara isə “Köçüb getmək mümkün deyil. Uşaqlarımın təhsili var. Uşaqlarımı rusdilli məktəbə də qoymuram” cavabını verib.

Qeyd edək ki, rejissor Kənan M.M bir müddətdir aktyorluq fəaliyyəti ilə əlaqədar Türkiyədə yaşayır. O, FOX TV-də yayımlanan “Savaşçı” serialında rol alır.(Axşam.az)