Jurnalistlər pilotla vida mərasiminə buraxılmadı

Bu gün saat 10:00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində (TTM) planlaşdırılan mərasimə gələn mətbuat işçiləri qapıda qalıb.
Sozcu.az xəbər verir ki sosial şəbəkdə paylaşılan məlumata görə, nəzarət məntəqəsində onlara bildirilib ki, jurnalistlərin tədbirdə iştiraklarına icazə yoxdur.

Məsələ ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətindən açıqlama almaq mümkün olmayıb.

Xatırladaq ki, nəşi 27 gün sonra tapılan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyev bu gün II Fəxri Xiyabanda dəfn olunacaq.