Jurnalist Şirin Cəfəri prokurorluğa çağrıldı

“Gündəm Xəbər” qəzetinin rəhbəri, tanınmış jurnalist Şirin Cəfəri Respublika Baş Prokurorluğuna çağrılıb.

Sozcu.az xəbər verir ki, bununla bağlı qısa məlumat verən jurnalist bildirib ki, prokurorluğa çağrılmasına səbəb yazıları ilə bağlıdır:

“Bu gün saat 16:00-da Respublika Baş Prokurorluğuna çağrıldım. Çağrılmağımın səbəbi deyilmədi. Çox güman ki, çağrılmağımın səbəbi mənim jurnalist fəaliyyətimlə, yazılarımla bağlıdır.

Əlavə məlumat verəcəm”.