Jurnalist qurumu: “Məktəb direktorları şagirdlərə qarşı amansız davranır”

“Orta məktəblərimizdə son bir neçə ay ərzində baş verən xoşagəlməz hadisələr, xüsusi ilə psixoloji sarsıntı keçirən şagirdlərin intihara yeganə çıxış yolu kimi baxmaları, əsl həyəcan siqnalıdır.  Bu barədə düşünmək və tədbir görməyin vaxtı artıq çoxdan keçir.”

Sozcu.az xəbər verir ki, bu barədə “Jurnalistlər Sülh və İnkişaf Uğrunda” İctimai Birliyinin rəhbəri Mətləb Salahov bildirib. O qeyd edib ki, məktəblərdə pedaqoji kollektivin, xüsusi ilə məktəb rəhbərliyinin şagirdlərə qarşı yaradıcı deyil, sırf inzibati mövqedən yanaşması təhlükəli hallara yol açacaq:

“Təəsüflənirəm ki, bir sıra pedaqoji kollektivlərə heç bir yaradıcı və ziyalı potensialı olmayan, həttda JEK müdirləri ilə müqayisə olunacaq inzibati şəxslər rəhbərlik edir. Məktəb direktorları, ilk növbədə onlara etibar edilən uşaqların təhsili və psixoloji durumlarına nəzarət edəcək, onlara qarşı əsl valideyn qayğısı ilə davranacaq pedaqoqlar olmalıdır. Hazırda isə biz bunun tam əksini müşahidə edirik. Məktəb rəhbərləri, pedaqoq olmaq əvəzinə cəzaçəkmə müəsissəsinin müdiri olmağa daha çox üstünlük verirlər.”