Jurnalist müxalifət liderinin edam edilməsini istədi və…

Türkiyəli jurnalist Məhməd Özmən barəsində Ankara Cumhuriyyət prokurorluğu tərəfindən istintaq başladılıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Sputnik yayıb.

İstintaqın başladılmasına əsas kimi, Özmənin müxalif CHP partiyasının sədri Kamal Kılıçdaroğlunun edam edilməsi istəyini ifadə etməsi olub.

Məlumata görə, prokurorluq müxbir haqqında Türk Cəza Qanunun 106.1 maddəsi ilə istintaq başladılıb.

Qeyd edək ki, “Akit Tv”-nin müxbiri Məhməd Özmən partiya sədri haqqında “Türkiyə ictimaiyyəti Kamal Kılıçdaroğlunun edam edilməsini gözləyir”,- deyə bildirmişdi.