Jurnalist həyat yoldaşının işdən çıxarılmasını onun nəşrləri ilə əlaqələndirib

Jurnalist və fəal Elçin Həsənzadə həyat yoldaşının işdən çıxarılması ilə əlaqədar KİV-lərə və hüquq müdafiə təşkilatlarına müraciət edib.

Həsənzadənin sözlərinə görə, həyat yoldaşı Mingəçevir Su Kanalı İdarəsindən “ixtisar” bəhanəsi ilə çıxarılıb. Onun sözlərinə görə, 220 əməkdaş arasında ixtisar yalnız onun həyat yoldaşına şamil edilib.

O, mənim Mingəçevirdə korrupsiya haqqında nəşrlərimlə əlaqədar problem yaşayıb. Bunun arxasında şəhər rəhbərliyi durur. Onlar məni kirayə qaldığım mənzildən çıxarıblar, daha sonra isə məhkəməyə verərək, həbsimi tələb ediblər, indi isə həyat yoldaşımı işsiz qoydular, deyə Həsənzadə bildirib.

Həsənzadə “Yüksəliş info” saytının əməkdaşıdır, habelə sosial şəbəkələrdə insan hüquqları və məmurlar arasında korrupsiya mövzusunda materiallar dərc edir.

Facebook Comments