Jurnalistə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində criminal.az saytının rəhbəri Anar Məmmədova hökm oxunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Eldar Mikayılovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə A.Məmmədova 2 il sınaq müddəti olmaqla şərti cəza verilib.

Qeyd edək ki, A. Məmmədov Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir.