İtkin hərbçimizin nəşi tapıldı

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.

Teleqraf.com-un məlumatına görə, söhbət 2002-ci il təvvəllüdlü Məmmədov İkram Ehtiram oğlundan gedir.

18 yaşlı əsgərimizin Füzuli istiqamətində şəhidlik zirvəsinə ucaldığı bəlli olub. Ailəsi onunla sonuncu dəfə 3 ay əvvəl danışmışdı. Şəhidimiz bu gün doğulduğu Xaçmazın Çiləgir kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, İkram Məmmədov hərbi xidmətə 2020-ci ilin iyul ayında çağırılmışdı. O, Qazaxda N saylı hərbi hissənin əsgəri idi.

Xatırladaq ki, şəhidimizin adı ötən gün Müdafiə Nazirliyi tərəfindən yayılan itkin düşmüş hərbçilərimizin siyahısında şəkli olmadan verilmişdi.

Facebook Comments