“İstintaq Nərmin cinayətində əmin deyil” – Müsavat başqanı

“Əliyev rejimi dönəmində hər növ cinayətlərdə ittiham olunduğum üçün bilirəm ki, xüsusilə ağır cinayətlərdə təqsirli bilinənlər üçün 4 ay, ağır cinayətlərdə ittiham edilənlər üçün 3 ay,az ağır cinayətlərdə ittiham edilənlər üçün isə 2 ay həbs qətimkan tədbiri seçilir. Nərmin Quliyevanın qatili olmaqda təqsirli bilinən haqqında 2 ay həbs müddəti seçilib. Halbuki adam oğurluğu, üstəgəl qətlə yetirmə xüsusilə ağır cinayət sayılır. Deməli DİN və Baş Prokurorluq birgə bəyanat verib qatili müəyyən etdiklərini açıqlasalar da buna əminlikləri yoxdur”.

Sozcu.az xəbər verir ki, bunu Tovuz rayonunun Dondar Quşçu kəndində noyabr ayında itkin düşən və sonradan yandırılmış haqda cəsədi tapılan 10 yaşlı Nərmin Quliyevanın qatilinin tapılmasına münasibət bildirən Müsavat Partiyasının başqanı Arif Hacılı deyib:

“Ona görə də ölüm hökmünü bərpa etmək, kimisə linç etmək təklifləri ilə tələsmək lazım deyil. Ölkəni silkələyən bu məsələnin daim diqqətdə saxlanması, Nərminin qatil(lər)inin tapılıb istintaqa cəlb olunması, həm Nərminin yaxınları, xatirəsi, həm də bundan sonra da körpə balalarımızın Nərmin faciəsi yaşamaması üçün çox vacibdir.
İnsan və cəmiyyət üçün ən vacib dəyərlər, azadlıq və ədalət mühakiməsidir”.

Facebook Comments