“İstefa vermək fikrində deyiləm” – Valverde

“Barselona”nın baş məşqçisi Ernesto Valverde dünən La Liqanın 12-ci turunda “Levante”yə səfər məğlubiyyətindən (1:3) sonra bildirib ki, istefa vermək fikrində deyil.

Sozcu.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında o deyib:

“Etiraf edirəm ki, öz stadionumuzda olmayan matçlarda problemlərimiz yaranır. Demişdim ki, səfər görüşlərinə komandanın köklənməsi məsələsi məni narahat edir. O ki qaldı istefaya, bu haqda düşünmürəm və gələcəyə baxıram”.(Qol.az)

Facebook Comments