İstanbulu fəth edən əsgərin məzarı

Sərxan Carçı

Hər nə qədər təkrar olsa da gözəl iş və gözəl günlərdir deyə bir daha yazıram…

Ötən il Cümhuriyyətimizin 100 illiyi idi. Eyni zamanda türk əsgərinin Azərbaycana gəlib, Qafqaz İslam Ordusu adı altında, Azərbaycan əsgərləri ilə birlikdə Cümhuriyyətimizi xilas etməyinin də 100 illiyi idi. Ölkəmizdə Qafqaz İslam Ordusunun şəhidlərinin bilinən-bilinməyən, itib-batmaq üzrə olan, araşdırılmağa ehtiyacı olan müqəddəs məzarları var. Biz də rəhbərlik etdiyim Carçı Araşdırma Mərkəzinin könüllüləri ilə bir yerdə arxivlərdə, kitabxanalarda, ən əsası ölkə qəbiristanlıqlarında araşdırma apararaq “Cümhuriyyət xilaskarları, əmanət məzarlar” adlı kitab ərsəyə gətirdik.

Qafqaz İslam Ordusunun əsgərlərinin məzarlarından bəhs edən kitabın təqdimatı dostların dəstəyi ilə İstanbulda, həmin ordunun komandanı, Bakı  xilaskarı Nuru paşanın məzarı önündə baş tutdu. Kitab istiqlal şairi Mehmet Akif Ərsoyun İstiqlal Marşından bir beytlə tamamlanır. İstanbula getmədən öncə internet üzərindən kiçik bir araşdırma edib, xoş bir xəbər əldə etdim. M.A.Ərsoyun da məzarı Nuru paşa ilə eyni qəbiristanlıqda, Ədirnəqapı Şəhidliyində imiş.

Bu bilgilərimi genişləndirərkən Ədirnəqapı Şəhidliyi və oradakı daha bir maraqlı qəbir barədə məlumata rast gəldim. Demək, Ədirnaqapı Şəhidliyi deyilən böyük qəbiristanlıq 1453-cü ildə, Sultan Mehmet Fateh İstanbulu (Konstantinopolu) fəth edərkən salınıb. Ora ilk dəfə İstanbul uğrunda şəhid olan Osmanlı əsgərləri dəfn edilib.

1971-ci ildə şəhidlik ətrafında tunel çəkərkən yol ərazisinə düşən bir neçə qədim qəbiri çıxardıb iç tərəfə basırmaq istəyiblər. Qəbiri açanda gözlərinə inanmayıblar. Qəbirlərdəkindən biri sanki indi yuxuya getmiş, Osmanlı hərb qiyafəli bir əsgər imiş. Hadisə şahidinin söylədiyini olduğu kimi təqdim edirik:

“Çevre yolu ve tünelinin geçiş yapacağı istikamette, Edirnekapı Mezarlığı bulunmakta, -ne tevafuk ki- Çanakkale şehitlerinin gömülü kısmı da tam yolumuzun üzerinde; mecburen, mezarları açıp şimdiki şehitliğe nakledeceğiz.

Bir gün, ölüler arasında elbise ve vücudu nokta kadar bozulmamış bir subay çıktı karşımıza. Tam uykuya dalmış bir kişi; pantolonunun iki yanında kırmızı dikişi vardı. Gözleri yumuk, sanki bize gülüyordu. Öyle bir hali vardı ki; ‘benim canım yok olmadı, öbür dünyada bile olsa ben böyleyim’ der gibiydi. Olay cuma gününe denk gelmişti. Aynen elbiseleri ile tabuta yerleştirip camiye götürdük. Namazını kılarak tekrardan bu günkü yerine diğerlerinden ayrı olarak gömdük. İnceleme sırasında isminin Mülazım Yusuf olduğu tespit edilmişti. Ama, mezar taşına ismi yazılmamış.” (Bakınız: Çanakkale Savaşları, Talha Uğurluel, sf: 235)  Taşının üzerinde şu ifade yer alıyor: “1971 yılında şehitlikteki tünel inşaatının yapımı esnasındaki kazılarda meçhul asker elbiseleriyle birlikte bütün olarak bozulmadan bulunmuştur ve buraya bulunduğu şekliyle defnedilmiştir. Ruhu şadolsun”.

İndiyədək də etibarlı İslam mənbələrindən öyrəndiyimiz kimi şəhidin cəsədi çürümürmüş. Sanki yenicə yuxuya gedibmiş kimi, gülümsər olur. Buna aid neçə-neçə misal çəkmək olar. Elə Türkiyənin digər bölgələrində də məchul əsgər məzarı var. Məsələn, qəhrəmanlar diyarı Tokatda, şəhərin tam mərkəzində, Əli Paşa məscidinin yanında təxminən 600 illik dəyərləndirilən məchul əsgər məzarı var. Qəbirin tapılmasını araşdıranların söylədiklərinə görə 60 il bundan əvvəl həmin ərazidə yol çəkərkən, qəbirin olduğu yerdə qurğular işləməyib, hətta sınıb. Orada qəbirin olduğu bəlli olub. Müftülüyə “Məzarı götürə bilərikmi?” deyə sorğu göndərilib. Müftülük qəbirin açılıb, köçürülməsinə icazə verib. Amma məzar açılanda əsgər qiyafəsində, sanki yuxuya getmiş, yanında da qılıncı olan birini görüblər. Və elə o an qəbirin üstünü örtüblər. O gün-bu gündür qəbir məchul əsgərin qəbiri olaraq tanınır.

Daha bir məchul əsgər…

Çanaqqala savaşında bir anzak (Avstralya və Yeni Zellandiya ordusu) əsgəri bölgədə şəhid olan mehmetçiyin başını kəsib, Avsralyaya aparmış, “mən bir türkü öldürdüm” deyə dostlarına göstərirmiş. İllər sonra qocalanda bu əməlindən peşmanlıq duyub. Bu anzak əsgərinin uşaqları 2003-cü ildə türk əsgərinin kəlləsini Türkiyənin müvafiq baş konsulluğuna verib. Həmin ilin 18 martında Türkiyəyə gətirilərək Gelibolu yarımadasında dəfn ediblər. Əsgər kəlləsi çürüməyibmiş. Səbəbini “mumyalanıb” deyə qeyd etsələr də, dediyimiz kimi şəhid cəsədi çürümür.

Son illərdə Türkiyənin keçmiş prezidenti Turqut Ozalın məzarı açılanda hamı həmin hadisənin qiyabi də olsa şahidi oldu. Cəsəd çürüməmişdi. Alimlər yüzlərlə izah verməyə çalışsalalar da səbəb T.Ozal dünyasını dəyişərkən zamanın övliyalarından birinin dediyi söz idi:

“Cümhur başkanınımızı şəhid etdilər”.

Rəvayətlərə görə Şah İsmayılın “Xətai” ləqəbini götürməsinə səbəb də savaşda İmam Hüseynin tərəfinə keçən və elə ilk şəhid olan Hürrün məzarını açdırmağı olub. Deyilənlərə görə Hürrün çürüməmiş cəsədində yaranın üstündən parçanı götürəndə qan axmağa başlayıb.

Müqəddəs kitabımızda Cənab Haqq da Allah yolunda ölənlərin əslində ölmədiyini buyurur. Bəqərə 154: Və Allah yolunda öldürülən kəslər üçün “ölülər” deməyin. Xeyr, onlar diridirlər. Fəqət siz fərqində olmazsınız.
Həmçinin müjdələnən insanların gözəl dostlarla, peyğəmbərlərlə, sıddıqlarla, şəhidlərlə və salehlərlə bərabər olacaqlarını buyurur. (Nisə 69)

Allah yolunda şəhid ola bilmək, ən azından onların yolunda ola bilmək üçün mütləq və mütləq Allah dostu olmaq, bunun üçün isə qəlbən və ruhən Allaha yönəlmək lazımdır:

Yunus surəsi 62, 63, 64: “Sözsüz ki, Allahın övliyasına (dostlarına) qorxu yoxdur. Onlar qəmli də olmazlar, elə deyilmi? Onlar mömündürlər və təqva sahibi olmuşlardır. Onlara dünya həyatında və axirətdə müjdələr vardır… Ayələrdən göründüyü kimi Allah dostu olmaq üçün inanmaq yetməz, həm də təqva sahibi olmaq gərəkdir. Bu da qeyd etdiyimiz kimi qəlbən və ruhən Allaha yönəlməyimizə bağlıdır. Rum surəsi 31: “Ona (Allaha) yönəl və beləcə təqva sahibi ol…”.

Sozcu.az