İsraildə vətəndaş müharibəsi təhlükəsi: Müxalif liderdən şok

İsrailin paytaxtı Təl Əvivdə baş verən şiddətli hadisələr ölkədə vətəndaş müharibəsi yarada bilər.

Sozcu.az xəbər verir ki, bunu İsrailin “Yeş Adit” (Gələcək Var) partiyasının sədri Yair Lapid Tvitter hesabında paylaşıb.

“Təl Əvivdə axan qan Bibi (İsrail Baş naziri Benyamin Netanyahu) və onun təmsilçilərinin əli ilə törədilib. Təxribat əkən, qan biçər”, – partiya sədri bildirib.

Qeyd edək ki, bir neçə gün öncə İsrailin İctimai Təhlükəsizlik naziri Amir Ohana Təl Əvivdəki evinin qarşısında keçirilən aksiyada 5 nəfər sağçıların hücumu nəticəsində xəsarət alıb.

Facebook Comments