İsraildə azərbaycanlı güllələndi

İsraildə qətl hadisəsi törədilib.

Report bu ölkənin mətbuatına istinadən xəbər verir ki, hadisə ötən gün Tel-Əvivlə Ramat-Qan arasındakı Volfson parkında baş verib.

Məlumata görə, 45-50 yaşlı kişi “Yad Əliyahu” idman kompleksinin yaxınlığında odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib. İsrail polisinin mətbuat xidməti faktı təsdiqləyib. Bildirilib ki, hadisə ilə əraziyə polis əməkdaşları cəlb edilib və əraziyə yaxın küçələr hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən bağlanıb. Hüquq-mühafizə orqanları cinayətin törədildiyi ərazinin fotosunu da paylaşıb.

Polis cinayəti törədən şəxsin axtarışına başlayıb.

Məlumata görə, qətlə yetirilən şəxs əslən Azərbaycandan olan 1971-ci il təvəllüdlü Nizami Orucovdur. O, bir neçə il əvvəl ailəsi ilə birlikdə Azərbaycandan İsrailə köçüb və orada fəhlə işləyib.

Facebook Comments