İsrail müxalifətinin rəhbəri Netanyahunu istefaya səslədi

İsrailin Kaxol-Lavan müxalifət blokunun rəhbəri Beni Qantz İsrail Baş naziri Benyamin Netanyahunu istefaya səsləyib.

Sozcu.az xəbər verir ki, Qantzın bəyanatını onun qərargahı yayıb.

“Mən hüquq müşaviri Avixay Mandelblit başda olmaqla, hüquq-mühafizə orqanlarına tam etibar edirəm. Əminəm ki, onlar öz işlərini təmiz vicdanla, ədalətlə və peşəkarcasına görürlər”, – deyə o bildirib.

Qeyd edək ki, ötən gün İsrail baş prokuroru Baş nazir Netanyahu haqda korrupsiya və rüşvətlə bağlı araşdırma aparılması barədə qərar verib.

Facebook Comments