İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşma:2 nəfər ölüb, onlarla yaralı var

İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşma zamanı 2 nəfər ölüb, onlarla insan yaralanıb.

Sozcu.az-ın TASS-a istinadən yaydığı xəbərinə görə, Qəzza zolağında cümə namazından sonra yüzlərlə insan “Qayıdış yürüşü”-nə çıxaraq İsrail ilə sərhədə doğru hərəkət edib.

İsrail hərbçiləri sərhəd zolağını keçən ərəblərə atəş açıb.

Nəticədə 2 fələstinli ölüb, 30-a yaxın insan yaralanıb və gözyaşardıcı qazdan zəhərlənib.(Strateq.az)