İsrail HƏMAS-ın hərbi obyektlərini vurdu

İsrail ordusu Qəzza sektorunda HƏMAS-ın bir sıra obyektlərinə zərbə endirib.

Sozcu.az xəbər verir ki, bu məlumatı İsrail Silahlı Qüvvələrinin Mətbuat Xidməti yayıb.

Məlumata görə, hücuma səbəb fələstinlilərin Qəzza sektorundan İsrailin cənubuna dron vasitəsilə əldəqayırma partlayıcı maddə atması olub. Buna cavab kimi İsrail ordusu dronun havaya qaldırıldığı nöqtəni atəşə məruz qoyub. Bombardman edilən nöqtələr arasında HƏMAS-ın iki hərbi obyekti və hərbi-dəniz texnikası anbarı da olub.(Axar.az)