İsrail əsgərləri “Anadolu Agentliyi”nin kameramanı daxil olmaqla 7 qəzetçini həbs edib

İsrail hərbçiləri Qərbi Şerianın şərqindəki Şimali Ağvar bölgəsində Türkiyənin Anadolu Agenliyinin kameramanının da olduğu 7 fələstinli qəzetçi və insan hüquqları ilə məşğul olan bir nəfəri həbs edib.

Sozcu.az-ın  “sozcu.com.tr” saytına istinadən verdiyi xəbərə görə, hadisə şahidləri həbs olunanların hərbi qərargaha aparıldıqlarını bildiriblər.

Həbs olunanlar Anadolu Agentliyinin kameramanı Hişam Ebu Şakra, qəzetçilər Halid Bedir, Hazim Nasir, Mahmud Fevzi, Sadi Cerarğa, Ranin Savafta, Seza Hammad və insan hüquqları ilə məşğul olan Faris Kabha adlı şəxslərdir.

Adı çəkilən şəxslərin həbs olunma səbəbi bildirilməyib. Həmçinin, İsrail tərəfindən də heç bir rəsmi məlumat verilməyib.