İspaniya kubokunu “Valensiya” qazandı

İspaniya kubokunda 2018/2019 mövsümünün final oyunu keçirilib

Sozcu.az-ın məlumatına görə, həlledici matçda “Barselona” “Valensiya” ilə qarşılaşıb. Sevilyadakı “Estadio Benito Vilyamarin” stadionunda keçirilən oyunda Kataloniya klubu 1:2 hesabı ilə uduzub.
“Barselona” – “Valensiya” – 1:2
Qollar: Qameyro, 21 (0:1), Rodriqo, 33 (0:2), Messi, 73 (1:2)

Beləliklə, “Valensiya” tarixində 8-ci dəfə kubokun qalibi olub. “Barselona” isə ardıcıl 4 ildir qazandığı kuboka bu dəfə sahib ola bilməyib.(Qol.az)