“İşləməsəm də, beş il problem yaşamaram” – Van Persi

Cari mövsümün sonunda futbolçu karyerasını bitirəcək “Feyenoord”un futbolçusu Robin Van Persi gələcəyi ilə bağlı açıqlama verib.

Sozcu.az Hollandiya mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı futbolçu, gələcək karyerası ilə bağlı bunları deyib:

“Karyeramı bitirdikdən sonra nə edəcəyimə hələ qərar verməmişəm. Bəlkə, telekanalda şərhçi olaram, bəlkə, oğlumla birlikdə oyunlara gedərəm. “Feyenoord”da mənə qapılarının hər zaman üzümə açıq olduğunu dedilər.

Bu illər ərzində yaxşı pul qazandım. İşləməsəm də, beş il problem yaşamaram”.(Komanda.az)