İŞİD Pakistanda hücum etdi: ölənlər var

Pakistanda kamikadzelərin polis məntəqəsinə hücumu zamanı polis və terrorçular arasında atışma baş verib.

Sozcu.az xəbər verir ki, Pakistanın Bəlucistan vilayətində üç kamikadze polis nəzarət məntəqəsinə hücum edib. Atışma nəticəsində bir polis əməkdaşı ölüb, iki polis isə ağır yaralanıb.

Pakistan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, məntəqəyə hücum edən terrorçular hadisə yerində zərərsizləşdirilib.

Terror aktını İŞİD terror quruplaşması öz üzərinə götürüb.(Axar.az)