İŞİD həbsxanada qiyam təşkil etdi, ölənlər var

İŞİD terror təşkilatına üzvlükdə ittiham edilən məhbuslar bu gecə Tacikistanın paytaxtı Düşənbənin yaxınlığında yerləşən həbsxanada qiyam təşkil ediblər.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Tacikistanın Ədliyyə Nazirliyinin mətbuat xidməti bildirib.

Azad olunmasını tələb edən məhbuslar üç nəzarətçini tutaraq öldürüblər. Qiyamçıların arasında da qurbanlar var, amma nazirlik onların dəqiq sayını açıqlamayıb.

Ədliyyə Nazirliyi qeyd edir ki, hazırda koloniyada vəziyyət nəzarət altına alınıb, istintaq orqanları fakt üzrə araşdırmaya başlayıblar.