İŞİD-ə ölümcül zərbə: 157 terrorçu yaxalandı

ABŞ-ın dəstək verdiyi Suriya Demokratik Qüvvələri (SDQ) Suriyanın cənub-şərqində yerləşən Baquz kəndində İŞİD-ə qarşı əməliyyat keçirib.

Sozcu.az xəbər verir ki, bu barədə SDQ-nin mətbuat mərkəzinin rəhbəri Mustafa Bali məlumat verib.

“SDQ-nin xüsusi qüvvələri Baquzda İŞİD-ə qarşı mühüm əməliyyat keçirib. Əməliyyat nəticəsində 157 terrorçu əsir götürülüb. Terrorçuların əksəriyyəti xarici ölkə vətəndaşlarıdır”, – Bali bildirib.(Axar.az)