İşğaldan azad olunan yaşayış məntəqələrində qaz çəkilişi ilə bağlı layihə işlərinə başlanılır

Azərbaycan Ordusunun işğaldan azad etdiyi torpaqların yaşayış məntəqələrində infrastruktur layihələrinə start verilib.

“Azəriqaz” İstehsalat Birliyindən Sozcu.az-a verilən məlumata görə, hazırda qaz təchizatı üzrə layihələndirmə də gündəmdədir. Bu məqsədlə “Azəriqaz” bölgədə reallaşdırılacaq qaz çəkilişi layihələrini yerindəcə araşdırmağa başlayıb. Birliyin bölgəyə ezam olunan layihəçiləri əraziyə baxış keçirib, mümkün variantlar müzakirə edilib.

Facebook Comments