“İşğaldakı torpaqlarımızın azad edilməsi ölkəmizə əlavə valyuta axınına şərait yaradacaq”

Vüqar Bayramov: “Bu, məşğulluq probleminin həllinə də öz töhfəsini verəcək”

Azərbaycan ordusu işğaldakı torpaqlarımızı sürətlə azad etməkdə davam edir.

Maraqlıdır, işğaldan azad edilən və azad ediləcək torpaqlarımızda həyatın yenidən canlanması, bu bölgələrdə kənd təsərrüfatı və sənaye sahələrinin yaradılması ölkə iqtisadiyyatına necə təsir göstərəcək?

Moderator.az-a açıqlama verən millət vəkili, iqtisadçı alim Vüqar Bayramov torpaqlarımızın işğaldan azad edilməsi faktının Azərbaycan iqtisadiyyatının inkişafına ciddi töhfə verəcəyini bidlirdi:

“İşğaldan azad edilən torpaqlarımızın həm kənd təsərrüfatı, həm sənaye, həm də turizm baxımından çox böyük əhəmiyyəti var. Xatırladım ki, Füzuli rayonu işğaldan azad edilən rayonlarımız daha çox pambıq istehsalı ilə diqqət çəkən rayonlar idi. 80-ci illərin sonu orada taxılçılıq və üzümçülük də inkişaf etmişdi. Cəbrayıl rayonunda da üzümçülük inkişaf etmişdi. Zəngilan və Qubadalıda isə heyvandarlğın inkişafı daha çox diqqət cəlb edirdi.

Yaxın gələckdə işğaldan azad ediləcək Kəlbəcər, Laçın, Ağdamın da bu baxımdan potensialı böyükdür.

Işğaldan azad edilmiş rayonlarımızda kənd təəsrürfarının canlanması daxili bazara daha çox yerli məhsul çıxarmağa imkan verəcək. Işğaldan azad edilən ərazilər yeni iqtisadi inkişafın lokomativinə çevriləcək.

Bu torpaqlarımızın iqtisadi inkişaf potensialı böyükdür. Bu torpaqlar ölkə ərazisinin 20%-ni təşkil edir. Bərpa işləri başa çatandan sonra bu ərazilərdə kənd təsərrüfatı və sənayenin inkişafı yeni bir mənzərənin formalaşmasına səbəb olacaq. Bu, məşğulluq probleminin həllinə, ölkəyə əlavə valyutanın d axil olmasına da öz töhfəsini verəcək”.

Facebook Comments