İsgəndər Həmidovun rəhbərlik etdiyi AXH aksiyaya hazırlaşır

Azərbaycan Xalq Hərəkatı (AXH) mitinq-yürüş keçirilməsi barədə qərar qəbul edib.

Demokrat.az xəbər verir ki, “Qarabağa azadlıq”, “Azad seçkilər” şüarı altında aksiyanın iyulun 20-də keçirilməsi nəzərdə tutulur.

Yürüşün “Amay” Ticarət Mərkəzindən Xətai rayon İcra hakimiyyətinin binasına qarşı keçirilməsi nəzərdə tutulur.

AXH-nin İdarə Heyətinin üzvü Ağasif Şakiroğlunun Turan-a verdiyi məlumata görə, Bakı şəhər İcra Hakimiyyətinə aksiya keçirmək niyyəti haqqında bildiriş göndərilib.

İndiyədək hakimiyyət bu ictimai qurumun heç bir kütləvi aksiyasına icazə verməyib.