İsa Qəmbər saxlanılanların azad edilməsini tələb edir

Milli Strateji Düşüncə Mərkəzinin(MSDM) sədri İsa Qəmbər demokratik qüvvələrin Milli Şurasının keçirdiyi aksiyada etirazçılara xüsusi təyinatlıların münasibətini qanunsuz və qəddarlıq adlandırıb.

Sozcu.az xəbər verir ki, İsa Qəmbər bu barədə özünün “facebook” səhifəsində yazıb.

“MSDM adından 19 oktyabr mitinqi ilə bağlı
1) həbs edilən bütün şəxslərin azad edilməsini,
2) Əli Kərimlinin, digər cəbhəçilərin, MŞ, Müsavat, digər partiya və qurumların üzvlərinin və partiyasız vətəndaşlarımızın qanunsuz və qəddar həbsini həyata keçirənlərin məsuliyyətə cəlb edilməsini,
3) mitinqin tələblərinin yerinə yetirilməsini tələb edirəm.”, -İsa Qəmbər bildirib.(Basta)