İrem Dericidən qəribə açıqlama: “Çox ağıllıyam”

Türk müğənnisi İrem Derici “Katarsis” proqramında özü ilə bağlı maraqlı açıqlamalar verib.

Sozcu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, özünü çox ağıllı hesab etdiyini deyib:

“Hamını özüm kimi bildiyim üçün sirlərimi paylaşırdım. Sonra gördüm, artıq mənə zərər verməyə başlayırlar. Ona görə, sosial həyatımı məhdudlaşdırmışam. İnsanlara artıq dözə bilmirəm. Çox ağıllıyam, buna görə əksər insanlarla yola gedə bilmirəm”.(Axşam.az)