İraq ABŞ-ın ölkədəki hərbi varlığına son qoya bilər

İraq Milli Təhlükəsizlik Şurası ABŞ-ın ölkədəki hərbi varlığına son qoyacaq qərar qəbul edə bilər.

Sozcu.az Publika.az -a istinadən xəbər verir ki, bu, İraq Baş naziri Adil Əbdülmehdinin rəhbərliyi ilə keçirilən toplantıda bildirilib.

Toplantıdan sonra verilən açıqlamada İran İslam İnqilab Keşikçiləri Ordusunun Qüds Gücü konandanı Qasım Süleymani və Haşdi-Şabi komandanının köməkçisi Əbu Mehdi əl-Mühəndisin Bağdadda öldürülməsinin İraqın suverenliyini təhdid etdiyi kimi dəyərləndirilib.

Sözügedən hücumun ABŞ qüvvələrinin İraqda məskunlaşma şərtlərindən kənara çıxdığı anlamına gəldiyi vurğulanıb. Bildirilib ki, sabah parlamentin növbədənkənar sessiyası keçiriləcək və məsələ orada müzakirə olunacaq.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi çərşənbə günü İran İslam İnqilab Keşikçiləri Ordusunun Qüds Gücü konandanı Qasım Süleymanini Bağdad Hava limanına təşkil olunan hücumda öldürüldüyünü açıqlamışdı.

Facebook Comments