İranlı məddah əhli-beytə dil uzatdı – İmam Hüseynə qumar ittihamı

İranlı məddah Mahmud Kəriminin sərxoş kişinin şiə məzhəbinin 3-cü imamı Hüseyn ibn Əli ilə qumar oynaması ilə bağlı dediyi sözlər sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.

O, dünən iştirak etdiyi tədbirlərdən birində bildirib ki, Xosrov adlı sərxoş bir kişi şiələrin 3-cü imamı Hüseyn ibn Əli ilə nərd oyunu oynayıb və ona 2 kisə düyü uduzub. Daha sonra uduzduğu düyünü imam Hüseynə verib.

“Həmin kişi düyü çuvalların götürüb, həmin yerə gələndə ona deyiblər ki, 1 qadın (Hüseynin anası Fatimeyi-Zəhra) səni gözləyirdi. Sənin gəlmədiyini gördükdə həmin qadın bizə dedi ki, ona deyin nəzirin qəbuldur, amma bir də heç vaxt mənim oğlumla qumar oynamasın!”, – deyə məddah Mahmud Kərimi bildirib.

Sözlərinin sosial şəbəkələrdə müzakirələr və gülüş obyektinə çevrildiyini görən məddah bu gün verdiyi açıqlamada qeyd edib ki, bu kimi hallar (qumarbazlıq-red.) gündəlik həyatda bir çox insanın yaşadığı normal həyat hadisəsidir. O, sözlərinin yalnız hekayə olduğunu, dini rəvayət olmadığını deyib. Məddah həmçinin iddia edib ki, guya o, Xosrov adlı həmin şəxsin “imamla qumar oynamasını yuxuda gördüyünü” demək istəyib.

Facebook Comments