İranın vəziyyəti pisləşir: Tramp Ər-Riyadla razılaşdı

Neft ixracının artırılması ilə bağlı Səudiyyə Ərəbistanı və digər ölkələrlə razılaşma əldə etmişik.

Sozcu.az xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində ABŞ Prezidenti Donald Tramp paylaşıb.

“Səudiyyə Ərəbistanı və digər ölkələrlə neft tədarükünün artırılması üçün danışdım. Biz razılaşma əldə etdik”, – o bildirib.

Qeyd edək ki, bundan öncə ABŞ rəsmiləri İranın neft ixracının sıfıra endirilməsindən sonra bazarda yaranan boşluğu Səudiyyə Ərəbistanı və BƏƏ-nin dolduracağını bildiriblər.(Axar.az)