İranın neft naziri:”İran OPEC-dən çıxmağı planlaşdırmır”

İranın neft naziri Bican Zanqane ölkəsinin OPEC-dən çıxmağı planlaşdırmadığını bəyan edib.

Sozcu.az xəbər verir ki, B. Zanqene bəzi OPEC üzvlərinin təşkilatı qurumun iki qurucu üzvü olan İran və Venesuelaya qarşı siyasi mərkəzə çevirməyə çalışdığını bildirib.

İran neft naziri iki regional ölkənin İrana düşmən münasibət bəslədiyini söyləyib, neftin silah olmadığını və bu resursu siyasiləşdirməyin düzgün olmadığını vurğulayıb. B. Zanqane Səudiyyə Ərəbistanı ıə Birləşmiş Ərəb Əmirliklərinin İran neftinin bazardan çıxacağı halda yaranaq boşluğu doldura bilməyəcəyini qeyd edib.

İran neft naziri OPEC üzvlərinin iyunun sonlarında Vyanada keçiriləcək görüşündə də iştirak edəcəyini bildirib.