İranın husilərə göndərdiyi silah ələ keçdi

Koalisiya qüvvələri İrandan Husi qruplaşmasına göndərilən silahları ələ keçirib.

Sozcu.az xəbər verir ki, bu barədə Yəmən Xarici İşlər Nazirliyi Tvitter hesabında məlumat yayıb.

“Əməliyyatlar zamanı raketlər, gecəgörmə cihazları, PUA-lara aid idarəetmə vasitələri və uzaqdan idarə olunan partlayıcı mexanizmlər kimi müxtəlif silah növləri müsadirə edilib. İran Yəməndəki husilərə qaçaqmalçılıq yolu ilə silah göndərməkdə davam edir. Beynəlxalq təşkilatlar bu vəziyyətə son qoymalıdır”, – məlumatda bildirilib.

Facebook Comments