İrandan Avropaya çağırış: Müqaviləni xilas edin!

Nüvə sazişini imzalayan digər dövlətlər öhdəliklərini yerinə yetirdiyi halda İran da üzərinə düşəni edəcək.

Sozcu.az xəbər verir ki, bu sözləri İran XİN sözçüsü Abbas Musəvi deyib.

AB ölkələrinin öhdəliklərini xatırlatmalarının “həqiqi” olmadığını bildirən Musəvi, birlik ölkələrini anlaşmaya hörmətlə yanaşmağa, öhdəliklərini yerinə yetirərək müqaviləni xilas etməyə çağırıb.