İranda vurduğu təyyarənin qara qutusu yanvarın 20-də açılacaq

“Beynəlxalq ekspertlər qrupu yanvarın 20-də İranda vurulan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarəsinin uçuş qeydlərini deşifrə etməyə başlayacaq”.

Sozcu.az xəbər verir ki, bunu İrandan qayıtdıqdan sonra Kiyev Elmi-tədqiqat İnstitutunun direktoru məhkəmə eksperti Aleksandr Ruvin deyib.

“Vurulmuş “Boeing”in qara qutusunun deşifrə edilməsi Ukraynada aparılacaq. Yanvarın 15-də İran Aviasiya Bürosunun rəhbəri və bütün mütəxəssislər buraya gələcək”, – deyə A.Ruvin vurğulayıb.

O, əlavə edib ki, DNT analizi üçün fəlakət qurbanlarının müəyyənləşdirilməsi davam edir: “İran prezidenti meyitlərin bütün qalıqlarının yanvarın 19-dək təhvil veriləcəyini bildirib”.

Qeyd edək ki, təyyarənin vurulduğu gün – yanvarın 8-də ukraynalı mütəxəssislərdən ibarət komissiya Tehrana gəlib. Yanvarın 9-da işə qrup qəza yerində işə başlayıb.

Facebook Comments