İranda türk-kürd qarşıdurmasının olması haqda məlumat yayıldı

“WhatsApp” vasitəsi ilə İranda kürd -türk qarşıdurması yaranması ilə bağlı məlumatlar yayılıb. Güney Azərbaycanda olan fəallar tərəfindən yayıldığı deyilən mesajda çox ciddi məsələlər, tarixi torpaqlarımızla bağlı baş verə biləcək oyunlar açıqlanıb.

Sozcu.az həmin məlumatı olduğu kimi təqdim edir:

İrəvan və qarabağda gedən oyunların tayı bu dəfə Azərbaycanın güneyində başladı.
Xoy şəhərinin qaynar kəndidnə köçürdülmüş kürdlər “kütlər” və yerli Türk əhalinin arasında savaş baş tutub, İranın terror təşkiıatı olan sipah bu hadisədə kürdlərin tərəfini tutaraq bütün ətraf kəndlərdə olan kürdləri birləşdirərək Türk xalqının üzərinə quşqurdmaqa başlayıb, amacları yerli əhalini məcbüri köçürdmək və ərazini kürdləşdirməkdir.

Bu oyunların tayı Sovetlər birliyi dağılan illərdə Qarabağda və Azərbaycanın qərbi olan İrəvan xanlığında gedirdi, indi də farsın dəstəyilə, Xoy və Xoy ətrafi kəndlərdə bu oyunlar baş verir.

Xoy şəhərinin kürdlərin əlinə keçməsinin fəsadlarından birisi budur ki, Farsın altdan dəstəklədiyi və üzdə özünü ona qarşı göstərdiyi federalizm hiyləsi baş tutarsa 37,059 kilumetr kivadrat ərazisi olan qərbi Azərbycan vilayəti kürd federal bölgəsi tərkibində yerləşəcək və bununla ermənistan və iraq və iran kürd federallarının arastında birbaşa sərhəd yaranacaq və azərbaycanın digər vilayəti olan Naxçıvan kürd və erməni mühasirəsində qalacaqdır, və Azərbaycan dövlətinin dövlətçiliyi və hətta ərazi bütövlüyü təhlükə ilə üzləşəcəkdir!

Digər fəsadlarda bundan ibarətdilər ki Azərbaycan və Türkiyə arasında ikincı düşmən və qondarma dövlət yaranacaq ki, hər ikisi Türk düşmanıdırlar. Bununlar aramızda olan sərhəddlər təmamilə silənəcək və Türkiyə erməni və kürd mühasirəsində qalacaqdı.

Eyni halda Türkman eli Kürdlərin ərəblərin və farsların mühasirısinə düşəcəkdir.
Ermənilər İrəvanı aldıqdan sonra Qarabağa hücum etdikləri kimi kürdlərdə yeni cəbhələrdə yeni əraziləri işqal etmək üçün savaş açacaqlar və Azərbaycan təkrar qanlı savaşlara sürəklənəcəkdir.

Gedən oyunlarda Azərbaycan xalqına ən sərf edən hal budur ki, iranda yaranan qondarma fars rejimini devirib və bütün hakimiyyəti Qacarlar Afşarlar Səfəvilər və ondan öncəki Türk dövlətləri kimi ələ keçirsinlər.

Bu arada Bütün Türk dünyasından özəlliklə Azərbaycanın Güneyində yaşayan Türklərdən xahiş edirəm oyaq olsunlar və Qara günlərimizin sayınım artmamaaı və ərazi və əhalimizin itkisinin qarşısı alınsın diyə xoy şəhərinin qaynar kəndi kəndinə dəstək verilsin.